“Aeroflot-2017” proqramına daxil olan ənənəvi blits-turnir keçirilir

3 Mart 2017 12:15

Xəbər 954 dəfə oxunub

“Kosmos” mehmanxanasında “Region” şirkətlər qrupunun “Aeroflot-2017” proqramına daxil olan ənənəvi blits-turnir keçirilir.Azərtac xəbər verir ki, yarış cədvəlində rusiyalı şahmatçı Sergey Karyagin birinci sıradadır. Yarışda Azərbaycanı qrossmeyster Rauf Məmmədov, beynəlxalq ustalar Gülnar Məmmədova və Nərmin Xələfova təmsil edirlər.Turnirdə 198 şahmatçı, o cümlədən 93 qrossmeyster iştirak edir.“Region” şirkətlər qrupunun kuboku uğrunda blits-turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.xeber100.com