Dünya çempionları arasında futbol matçı keçirilib

4 Mart 2017 11:04

Xəbər 872 dəfə oxunub

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veteran futbolçularla idmanın müxtəlif növləri üzrə Olimpiya və dünya çempionları arasında futbol matçı keçirilib.Azərtac xəbər verir ki, çempionlardan ibarət komandanın heyətində Olimpiya çempionları Toğrul Əsgərov, Şərif Şərifov, Cəbrayıl Həsənov, Hacı Əliyev, dünya çempionlarından Cəmaləddin Maqamedov, Əsgərxan Novruzov, Yaşar Əliyev yer alıblar.Veteran futbolçulardan ibarət komandanın heyətində isə Arif Həsənov, Nadir Əliyev, Əli Abışov, İlqar Huseynov, Yunis Huseynov, Zaur İsmayılov, Elmir Xankişiyev, Eldəniz Məmmədov çıxış ediblər.Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə təcrübəli veteran futbolçular 8:5 hesabı ilə qələbə qazanıblar.xeber100.com