Ağır Atletika Akademiyasında çempionat davam edir

4 Mart 2017 11:08

Xəbər 871 dəfə oxunub

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 77 kiloqram olan atletlər çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qrup qalib adını Əfqan Bayramov qazanıb. Otuz dörd yaşlı təcrübəli atlet 299 kiloqram (126+173) nəticə ilə növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Gümüş medalı çempiondan cəmi bir kiloqram geri qalan Kənan Əliquliyev əldə edib. Lənkəranlı atlet 298 kiloqram (132+166) nəticə göstərib. Bürünc medalı isə 277 kiloqram (125+152) nəticə göstərən neftçalalı atlet Orxan Zeynalov qazanıb.İkinci yarış günündə növbəti maraqlı mübarizə 85 kiloqram çəki dərəcəsində gedib. Lənkəranlı atlet Ceyhun Tağızadə toplam 318 kiloqram (145+173) nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sumqayıtlı gümüş medalçı Kamran İsmayılov da eyni nəticə 318 kiloqram (142+176) göstərsə də, yekun çəkini rəqibindən daha gec qaldırdığına görə ikinciliklə kifayətlənib. Bürünc medal 312 kiloqram (146+166) nəticə göstərən paytaxt atleti Sənan Mirzəyevə qismət olub.xeber100.com