İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində…

5 Mart 2017 11:30

Xəbər 935 dəfə oxunub

İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında “Liverpul” və “Arsenal” klubları üz-üzə gəliblər. Oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb/“Mançester Yunayted” isə öz meydanında “Bornmut” klubunu məğlub edə bilməyib – 1:1. Son çempion “Lester” doğma azarkeşləri qarşısında “Hall Siti” 3:1 hesabı ilə məğlub edib.Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

“Stok Siti” – “Midlsbro” – 2:0

“Suonsi” – “Bernli” – 3:2

“Uotford” – “Sautqempton” – 3:4

“Vest Bromviç” – “Kristal Pelas” – 0:2

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “Çelsi” liderlik edir.xeber100.com