Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib

5 Mart 2017 11:51

Xəbər 852 dəfə oxunub

Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə xarici ölkələrin bir sıra idman federasiyalarının rəhbərləri, dövlət rəsmiləri və tanınmış idmançılar iştirak ediblər. Qeyd olunub ki, Vüqar Xəlilov assosiasiyanın prezidenti, Samir Məmmədov birinci, Rüfət Hüseynov isə vitse-prezident seçiliblər. Qurumun baş katibi Əfqan Həmzəyev, mətbuat xidmətinin rəhbəri isə Araz Əhmədov olub.Təqdimat mərasimində məlumat verilib ki, sovet dövründə Azərbaycanda futnet idman növünə oxşar oyunlar keçirilib. Peşəkar futnet komandası isə ilk dəfə ötən il “Marafon” idman klubunun nəzdində fəaliyyətə başlayıb. İdmançılarımız ilk dəfə beynəlxalq turnirdə məhz həmin il mübarizə aparıblar. Azərbaycan Şimali Kiprdə keçirilən dünya çempionatında təmsil olunub. Azərbaycanlı hakim Əfqan Həmzəyev 2014-2016-cı illərdə Türkiyədə və Rumıniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Azərbaycanda ilk futnet yarışı da 2016-cı ilin iyununda keçirilib. Rusiya, Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq yarış ötən il dünyada təşkil edilən ən reytinqli beş turnirdən biri olub.xeber100.com