Avropa Velosipedçilər Birliyinin Baş Assambleyası işini başa çatdırıb

6 Mart 2017 11:31

Xəbər 770 dəfə oxunub

Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası işini başa çatdırıb. Quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdikləri tədbirdə qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər keçirilib.Azərtac xəbər verir ki, seçkilərdən əvvəl qurumun son dörd ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən UEC-in prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının keçirilməsini ən vacib addımlardan biri kimi dəyərləndirib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.David Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti dörd il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqət UEC-in Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. Altı nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədliyi irəli sürülüb.xeber100.com