Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildirilib ki, yarışın sonuncu günündə Azərbaycan milli komandası aktivinə daha beş medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) gümüş, Günel Bəkirzadə (57 kq) və Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıblar.Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında ikinci yeri tutub.Xatırladaq ki, yarışın ilk günündə ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) isə bürünc medala sahib olub.Qeyd edək ki, Avropa kuboku yarışlarında 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…