Topaz Premyer Liqasının XXI turuna yekun vurulub

6 Mart 2017 11:48

Xəbər 757 dəfə oxunub

Martın 5-də Topaz Premyer Liqasının XXI turuna “Neftçi” – “Zirə” matçı ilə yekun vurulub.Azərtac xəbər verir ki, ilin ən yaxşıları arasında olan “Neftçi” öz meydanında “Zirə”ni qəbul edib. Hesabı “ağ-qaralar” açsalar da, sevincləri çox çəkməyib. Seqoviyanın penaltidən vurduğu qola Navalovski avtoqolla “cavab verib”. Duriçin uzaq zərbədən vurduğu baxımlı qol isə “Zirə”yə qələbə qazandırıb. Beləliklə gənc məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi qonaq komanda 2:1 hesabı ilə qələbə qazanıb və dördüncü pillədəki mövqeyini gücləndirib.xeber100.com