Həndbol çempionatında ikinci dövrəyə start verilib

11 Mart 2017 12:02

Xəbər 973 dəfə oxunub

Martın 10-da həndbol üzrə respublika çempionatında ikinci dövrəyə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” komandası “Qarabağ”a 32:22, “Azəryol” klubu “Gənclər Birliyi”nə 36:16 hesabı ilə qalib gəlib.Kişilər arasında oynanılan maçlarda isə “Təhsil” komandası “RİOEUGİM”dan 30:29, “Məhsul” klubu “Nəsimi”dən (12 saylı İOEUGİM) 37:19 hesabı ilə üstün olub.xeber100.com