“Domestic Grassroots” proqramı çərçivəsində…

11 Mart 2017 12:51

Xəbər 823 dəfə oxunub

Martın 13-15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo, güləş və futbol üzrə idmançı səfirlərinin “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar üçün ustad dərsləri təşkil olunacaq.Azərtac xəbər verir ki, layihə çərçivəsində “Bakı-2017”nin idmançı səfirləri tərəfindən üç fərqli ustad dərsi veriləcək. Məqsəd idmançı səfirlərin bilik və bacarıqlarını bölüşmək, eləcə də tərəfdarlarla görüşünü təşkil etməkdir.Üç gün davam edəcək tədbirlərdə iştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi “Facebook” səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, gənc idmançılar və azarkeşlər iştirak edəcəklər.xeber100.com