“Kortchnoi Open 2017 Zurich” şahmat festivalı keçiriləcək

11 Mart 2017 12:56

Xəbər 680 dəfə oxunub

Aprelin 12-17-də Sürixdə isveçrəli qrossmeyster Viktor Korçnoyun xatirəsinə həsr olunmuş “Kortchnoi Open 2017 Zurich” şahmat festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festival çərçivəsində “Master” və “Main” (Open) turnirləri keçiriləcək.“Master” turnirində yeddi ölkədən 30-dan çox şahmatçı iştirak edəcək.Turnirdə vaxta yeni nəzarət tətbiq ediləcək: 45 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə.Festivalın sonuncu günü iştirakçılar blits-turnirdə güclərini sınayacaqlar. Vaxta nəzarət 10 dəqiqə, üstəgəl hər gediş üçün 5 saniyə olacaq.xeber100.com