Azərbaycan çempionatına yekun vurulub

13 Mart 2017 11:33

Xəbər 878 dəfə oxunub

Martın 12-də həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından (AHF) Azərtac-a bildiriblər ki, ikinci dövrədə qadınlar arasında baş tutan sonuncu qarşılaşmalarında “Gənclər Birliyi” komandası “Qarabağ”ı 32:30, Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Mərkəzinin (RİOEUGİM) 2 saylı klubu “Nəsimi”ni (12 saylı İOEUGİM) 33:28 hesabı ilə məğlub edib. Kişilər arasında yarışda isə “Məhsul” kollektivi “Təhsil”ə 42:29, “Nur” komandası isə “Azəryol”a 27:21 hesabı ilə qalib gəlib.Sonra XXIV ölkə çempionatının bağlanış mərasimi olub.xeber100.com