Topaz Premyer Liqasının XXII turu çərçivəsində…

14 Mart 2017 11:08

Xəbər 661 dəfə oxunub

Martın 13-də Topaz Premyer Liqasının (TPL) XXII turu çərçivəsində günün ikinci oyununda paytaxt təmsilçisi “İnter” öz meydanında “Sumqayıt”ı qəbul edib.Azərtac xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 40-cı dəqiqəsində Nizami Hacıyev “İnter”i hesabda irəli çıxarıb – 1:0.Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və matç “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.Bu oyundan sonra aktivində 25 xal olan “Sumqayıt” klubu beşinci pillədədir. “İnter” isə 39 xalla üçüncü yerdəki mövqeyini möhkəmləndirib.TPL-nin XXII turuna martın 14-də “Qarabağ”–“AZAL” və maraqla gözlənilən “Neftçi”–“Qəbələ” matçlarından sonra yekun vurulacaq.xeber100.com