Karate üzrə Bakı çempionatı keçirilib

14 Mart 2017 11:11

Xəbər 810 dəfə oxunub

Kyokuşin karate üzrə Hövsan Olimpiya İdman Kompleksində Bakı çempionatı keçirilib.Azərtac xəbər verir ki, yarışın açılış mərasimində Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov turnirin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıb.Çempionatda 50 çəki dərəcəsində 300-dək idmançı mübarizə aparıb.Qaliblər federasiya tərəfindən mükafatlandırılıb.xeber100.com