Martın 16-da Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku mərhələsi start götürüb. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi kubokda 23 ölkədən, ümumilikdə 85 kişi, 35 qadın idmançısı iştirak edir.Azərtac xəbər verir ki, turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə dünya kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən- ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil edilən kubokda arenaya toplaşan tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olurlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…