Martın 16-17-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.Azərtac xəbər verir ki, turnirin əsas favoritlərindən hesab olunan “Mançester Yunayted” klubu Rusiyanın “Rostov” komandasına minimal hesabla qalib gəlib. “Qırmızı şeytanlar” rəqiblərini Matanın 70-ci dəqiqədə vurduğu qolla məğlub edib.Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Səfərdə “Şalke” ilə 1:1 hesablı heç-heçə edən Münxenqladbax “Borussiya”sı öz meydanında da rəqibini məğlub edə bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticə “Şalke”nin növbəti mərhələyə çıxmasına kifayət edib.
Digər oyunlar isə aşağıdakı kimi nəticələnib :
“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 1:1, 4:1
“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) – 1:2, 0:2
“Genk” – “Gent” (hər ikisi Belçika) – 5:2, 1:1
“Anderlext” (Belçika) – APOEL (Kipr) – 1:0, 1:0
“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) – 1:2, 2:0
“Roma” (İtaliya) – “Lion” (Fransa) – 2:4, 2:1
Beləliklə, bu nəticələrdən sonra “Beşiktaş”, “Mançester Yunayted”, “Şalke”, “Ayaks”, “Lion”, “Anderlext”, “Selta” və “Genk” klubları dörddəbir finala yüksəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…