Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

18 Mart 2017 08:39

Xəbər 901 dəfə oxunub

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya yığmasının heyəti açıqlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Almaniya yığmasının Bakıya gələcək heyətində Manuel Noyer, Mark-Andre ter Ştegen, Bernd Leno, Şkodran Mustafi, Yonas Hektor, Benedikt Hövedes, Mats Hummels, Antonio Rüdiger, Niklas Süle, Coşua Kimmix, Sebastian Rudi, Sami Xedira, Yulian Brandt, Toni Kroos, Andre Şürrle, Lukas Podolski, Məsut Özil, Tomas Müller, Əmrə Can, Yulian Draksler, Yulian Vayql, Mario Qomes, Leroy Sane və Timo Verner yer alıblar.xeber100.com