IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları…

19 Mart 2017 09:55

Xəbər 1000 dəfə oxunub

Bu il mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən biri də zorxanadır.Azərtac xəbər verir ki, zorxana yarışları üç gün ərzində “Baku Crystal Hall”da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.Bəs zorxana idmanı haqqında nə bilirik? Zorxana iki sözdən ibarətdir: “zor” güc və ya qüvvət, “xana” isə ev mənasını verir. Beləliklə, zorxana güc, qüvvət evi deməkdir. Zorxana İranın ənənəvi “pəhləvan məktəbi”dir.İyirminci əsrin ortalarınadək zorxana anlayışı bilavasitə güləşlə əlaqələndirilirdi. Döyüş və müharibə ilə bağlı olan bu idman növündə fiziki hərəkətlər pəhləvanların dözümlülüyünü, diqqətliliyini, çevikliyini və sürətlərini artırmaq məqsədi daşıyır.xeber100.com