Topaz Premyer Liqasının XXIII turunda

20 Mart 2017 10:56

Xəbər 851 dəfə oxunub

Martın 19-da Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” komandası səfərdə çempionatın autsayderi olan “AZAL” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.Azərtac xəbər verir ki, görüşün ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.Fasilədən sonra qonaqlar hesabı açıblar. Matçın 52-ci dəqiqəsində Tellur Mütəllimov “Qəbələ”ni hesabda irəli çıxarıb – 1:0. Lakin Roman Qriqorçukun yetirmələri bu hesabı oyunun sonunadək qoruya bilməyiblər. Matçın 90-cı dəqiqəsində AZAL-ın futbolçusu Nuqzar Kvirtiya “Qəbələ”nin qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, “AZAL”-“Qəbələ” görüşü 1:1 hesabı ilə nəticələnib.Bu oyundan sonra “Qəbələ” 47 xalla ikinci sıradadır. Tərlan Əhmədovun yetirmələri isə 10 xalla turnir cədvəlinin sonuncu pilləsindədirlər.Topaz Premyer Liqasının XXIII turuna “Zirə”-“Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.xeber100.com