Media nümayəndələrinin akkreditasiya müddəti uzadılıb

28 Mart 2017 17:32

Xəbər 746 dəfə oxunub

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq arzusunda olan media nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.Azərtac “Bakı-2017”yə istinadla xəbər verir ki, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq martın 31-i seçilmişdi. Lakin mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və vaxtın uzadılması ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq həmin tarix aprelin 9-dək uzadılıb.Akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulub.xeber100.com