Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

28 Mart 2017 18:16

Xəbər 934 dəfə oxunub

Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, turun görüşləri eyni gündə keçiriləcək.Turun açılış matçı aprelin 2-də saat 16:30-da Sumqayıt şəhərinin eyni adlı komandası ilə “Neftçi” arasında oynanılacaq. Günün ikinci oyununda saat 17:00-da “İnter Arena”da paytaxtın “İnter” və “AZAL” komandaları üz-üzə gələcəklər.Çempionatın lideri Ağdamın “Qarabağ” komandası “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək. Qəbələ şəhər stadionunda “Qəbələ” klubu isə “Zirə” ilə qarşılaşacaq. Hər iki görüş saat 18:30-da başlayacaq.xeber100.com