Martın 28-də Sərhədçi İdman Olimpiya Mərkəzində bədii gimnastika üzrə “Bahar kuboku” keçiriləcək.Komitənin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Gimnastika Federasiyası ilə birgə təşkil olunacaq yarışda paytaxt və bölgələri təmsil edən klublardan ümumilikdə 160 gimnast iştirak edəcək. Turnirdə “Gömrükçü” idman klubu ilə yanaşı, “Ocaq Sport” idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyinin nəzdində Respublika Kompleks İdman Məktəbi, “Şağan OİK”, “Zirə” Mədəniyyət Mərkəzi, “Zabrat” idman klubu”, Bakı Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Zirvə International” idman klubu, Gəncə və Naftalan Sağlamlıq mərkəzləri, Sumqayıt və Kürdəmir Olimpiya İdman komplekslərinin təmsilçiləri mübarizə aparacaqlar.Yarışda 2007-2009-cu il (balacalar), eləcə də 2010-2011-ci illər təvəllüdlü idmançılar alətsiz, halqa və topla çıxışların cəmində çoxnövçülükdə yarışacaqlar.Fərdi proqram üzrə yarışlarda isə 2005-2006, 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr və 2001-ci ildən yuxarı təvəllüdlü gimnastlar çıxış edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…