Milli futbol assosiasiyaların inkişafı üçün seminar işə başlayıb

31 Mart 2017 11:17

Xəbər 883 dəfə oxunub

Martın 30-da FIFA-nın təşkilatçılığı ilə Minskdə milli futbol assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar işə başlayıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, seminarda Assosiasiyanın baş katibi Elxan Məmmədov iştirak edir.Seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılıblar.xeber100.com