Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

5 Aprel 2017 11:49

Xəbər 950 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində yeniyetmə güləşçilərin iştirakı ilə görüş keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, əvvəlcə tərbiyə müəssisəsinin akt zalında yeniyetmə güləşçilərlə keçirilən görüşdə müəssisənin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik–leytenantı Aydın Nəzərov hər iki tədbirin əhəmiyyətindən danışıb.Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Tofiq Eyvazov və BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək son illər Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsini vurğulayıb, yeniyetmə və gənclərimizin müxtəlif turnirlərdə parlaq qələbələr qazandıqlarını bildirib.Görüşdə iştirak edən güləşçilər karyeraları, əldə etdikləri uğurlar barədə məlumat veriblər.Sonra “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol məktəbinin gənclərdən ibarət komandası ilə cəza çəkən yeniyetmələr matç oynanılıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Təhsil” RİM-in təmsilçiləri 12:10 hesabı ilə qalib gəliblər.xeber100.com