“Shamkir Chess 2017” beynəlxalq turniri keçiriləcək

7 Aprel 2017 12:11

Xəbər 862 dəfə oxunub

Azərbaycan Şahmat Federasiyasının və “Synergy Group”un təşkilatçılığı ilə aprelin 20-dən mayın 1-dək Şəmkirdə Avropa çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” beynəlxalq turniri keçiriləcək.Turnirin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, yarışla əlaqədar Şəmkirdə Təşkilat Komitəsi üzvlərinin, Azərbaycan Şahmat Federasiyasının və “Synergy Group” nümayəndələrinin iştirakı ilə iclas keçirilib.İclasda Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov turnirin yüksək səviyyədə təşkili ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti F.Həsənov dördüncü dəfə keçiriləcək beynəlxalq şahmat turnirinin ənənə halını aldığını bildirib.xeber100.com