FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

7 Aprel 2017 12:15

Xəbər 796 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə irəliləyərək 386 xalla 87-ci pillədə qərarlaşıb.Milli komandamız martın 9-da yoldaşlıq oyununda Qətərə 2:1 hesabı ilə qalib gəlib. Martın 26-da isə futbolçularımız dünya çempionatının seçmə mərhələsi çərçivəsində ev oyununda Almaniyaya 1:4 hesabı ilə məğlub olublar. Bununla da millimiz xal ehtiyatını 380-dən 386-ya çatdırıb.Dünya çempionatının seçmə mərhələsində milli komandamızın rəqiblərindən Almaniya 1464 xalla üçüncü yerdədir. Xalını 823-ə çatdıran Şimali İrlandiya doqquz pillə irəliləyərək 26-cı olub. Çexiya 679 xalla dörd pillə geriləyərək 42-ci sıraya düşüb. San-Marino 12 xalla bir pillə geriləyərək 203-cü yerdə qərarlaşıb. 387 xala malik Norveç isə 5 pillə geriləyib və 86-cı yerdə qərarlaşıb.Braziliya millisi yeddi illik fasilədən sonra reytinq siyahısında liderliyi ələ keçirib. Beşqat dünya çempionlarının aktivində 1661 xal var. Argentina millisi isə 1603 xalla ikinci sıradadır.FIFA milli komandaların növbəti reytinq siyahısını mayın 4-də açıqlayacaq.xeber100.com