“Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib

10 Aprel 2017 12:04

Xəbər 642 dəfə oxunub

Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib.Azərtac xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında idmana həvəsi artırmaq, eləcə də “Bakı-2017” könüllülərinin asudə vaxtlarının səmərəli təşkili olub.Bakı Ağ Şəhər bulvarında keçirilən velosiped yarışında 150-dən çox könüllü mübarizəyə qoşularaq bir kilometr məsafə qət edib və bacarıqlarını nümayiş etdiriblər. Yarışın təsnifat mərhələsi hər birində 13 könüllünün iştirak etdiyi turlardan ibarət olub. Bu turların qalibləri final mərhələsində yarışmaq hüququ əldə ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan beş könüllü qalib elan olunub.xeber100.com