“Borussiya”-“Monako” qarşılaşması təxirə salınıb

12 Aprel 2017 10:54

Xəbər 753 dəfə oxunub

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində aprelin 11-də Dortmundda yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 22:45) başlamalı olan “Borussiya”-“Monako” qarşılaşması partlayışla əlaqədar təxirə salınıb.Azərtac xəbər verir ki, “Borussiya Dortmund”un rəsmi “Twitter” hesabından verilən açıqlamada partlayışın komandanın futbolçularını daşıyan avtobusun yaxınlığında baş verdiyi, lakin oyunçuların xəsarət almadığı bildirilib.Hadisədən dərhal sonra “Borussiya Dortmund” klubunun baş icraçı direktoru Hans-Yoaxim Vatzke partlayışlarla əlaqədar oyunun təxirə salındığını açıqlayıb.xeber100.com