Futzal üzrə 2018-ci ildə keçiriləcək Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində “B” qrupunda yer alan Azərbaycan milli komandası aprelin 11-də Bakı İdman Sarayında Macarıstan yığması ilə qarşılaşıb. Görüş 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.Azərtac xəbər verir ki, baş məşqçi Biro Jadenin rəhbərlik etdiyi komandamızın heyətində Fineo de Araujo dubl edib. Teles Martins Tyaqo, Eduardo Mello Borges, Xətai Bağırov və İsa Atayev isə hərəyə bir dəfə fərqləniblər.Oyunu Timo Onatsu (Finlandiya) və Borislav Kolev (Bolqarıstan) idarə ediblər.Qrupdakı digər oyun – Albaniya-Bosniya və Herseqovina görüşü 6:6 hesabı ilə başa çatıb.Xatırladaq ki, milli komandamız ilk oyunda Bosniya və Herseqovina kollektivini 5:4, ikinci matçda isə Albaniya yığmasını 5:0 hesabı ilə məğlub edib.Turnirdə keçirdiyi üç qarşılaşmanın hamısında qazanan komandamız doqquz xalla qrupda birinci pillədə qərarlaşıb. Macarıstan dörd xalla ikinci, Bosniya və Herseqovina iki xalla üçüncü, aktivində bir xal olan Albaniya yığması isə sonuncu yerdədir.Beləliklə, futzal üzrə Azərbaycan millisi qrup lideri kimi Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…