İdman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

12 Aprel 2017 11:07

Xəbər 640 dəfə oxunub

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Ümumrusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Azərtac xəbər verir ki, C.Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən, voleybolçularımızın yerli və beynəlxalq yarışlarda nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışıb.S.Şevçenko bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com