Güləş Federasiyasının kuboku uğrunda beynəlxalq turnir start götürüb

13 Aprel 2017 12:00

Xəbər 814 dəfə oxunub

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan ilə yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.Yarışın birinci günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan gücünü sınayır.Turnirin açılış mərasimi aprelin 13-də saat 17.00-da keçiriləcək.Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.xeber100.com