Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Trend-in məlumatına görə, məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət videoçarx nümayiş edilib. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın sevilən, unudulmaz mahnıları səsləndirilib. Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və hər kəs tərəfindən sevildiyi mahnısı olan “Cücələrim” haqqında ətraflı məlumat verilib və video materiallar görüntülənib. Məktəbin I sinif şagirdlərindən ibarət olan xor kollektivi müəllim Zemfira Nurullayevanın rəhbərliyi altında bəstəkarın dünyanın 40-dan çox dilinə tərcümə edilən “Cücələrim” mahnısını ifa edərək tədbirə şən əhval-ruhiyyə bəxş edib. Konsertdə məktəbin xalq çalğı alətlərindən ibarət kvintet Qəmbər Hüseynlinin “Nə vaxta qaldı”, “Ay işığında”, “İlk məhəbbət”, “Xəndandır bu”, “Söz olur”, “Mən nə bilim insafsızsan sən yaman”, “Lirik rəqs” mahnılarını məharətlə təqdim edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…