İdman gimnastikası üzrə Dünya Kuboku

2 Fevral 2016 16:47

Xəbər 1543 dəfə oxunub

Bakıda fevralın 19-da idman gimnastikası üzrə Dünya Kuboku start götürəcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Azərbaycan Milli Gimnastika Arenasında keçiriləcək Dünya Kuboku 3 gün davam edəcək.

Yarışda 19 ölkənin idmançıları iştirak edəcək.

Çempionatda Azərbaycan 4 qız və 2 oğlan olmaqla, 6 idmançı ilə təmsil olunacaq.