Voleybol Federasiyasının məlumatı

18 Aprel 2017 11:04

Xəbər 1038 dəfə oxunub

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz İran yığması ilə qarşılaşıb.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 3:0 hesablı qələbə qazanıb.Təlim-məşq toplanışı mayın 12-22-də Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.xeber100.com