“Atletiko Madrid” komandası yarımfinala vəsiqə qazanıb

19 Aprel 2017 11:13

Xəbər 955 dəfə oxunub

UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı “Atletiko Madrid” komandası olub. İlk oyunda Madriddə minimal hesabla qalib gələn “Atletiko” komandası İngiltərədə “Lester Siti” ilə matçda 1:1 hesablı heç-heçə edərək adını yarımfinala yazdırıb.Azərtac xəbər verir ki, oyunda hesab matçın 26-cı dəqiqəsində açılıb. Madridlilərin heyətində Saul Niguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb.Qarşılaşmanın ikinci hissəsində oyunda dönüş yaratmaq istəyən “Lester Siti” 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandanın ulduz futbolçusu Ceymi Vardi adını tabloya yazdırıb.Qalan dəqiqələrdə qapılara top vurulmayıb və iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn “Atletiko Madrid” komandası UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı olub.Xatırladaq ki, “Atletiko” komandası ötən il UEFA Çempionlar Liqasının finalında əzəli rəqibi “Real”a məğlub olmuşdu.xeber100.com