Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb

20 Aprel 2017 12:08

Xəbər 1048 dəfə oxunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.AFFA-dan Azərtac-a bildirilib ki, “A” qrupunda yer alan milli komandamız ilk matçını mayın 8-də “Bayıl Arena”da Kamerun yığması ilə keçirəcək. Futbolçularımız mayın 11-də həmin stadionda Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaqlar.xeber100.com