Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib

23 Aprel 2017 13:40

Xəbər 806 dəfə oxunub

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığma komandamız İsrailin “İlabur” klubu ilə qarşılaşıb.Voleybolçularımızın üstünlüyü şəraitində keçən oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.Millimiz ilk yoxlama oyununda digər İsrail klubu “Yehuda”ya 4:1 hesabı ilə qalib gəlmişdi.xeber100.com