Həndbol oyunlarının təqvimi açıqlanıb

23 Aprel 2017 13:45

Xəbər 805 dəfə oxunub

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, milli komandamız mayın 9-da Özbəkistan, 10-da Kamerun, 11-də Kot d`İvuar yığmaları ilə üz-üzə gələcək. Qadın həndbolçularımız sonuncu matçını isə mayın 13-də Türkiyə millisinə qarşı keçirəcək.Bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.xeber100.com