Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirilən turnir başa çatıb

24 Aprel 2017 11:27

Xəbər 1142 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin dəstəyilə 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında keçirilən “Raquf Orucov Kuboku” beynəlxalq turniri başa çatıb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin rəsmi açılış mərasimində dövlət qurumlarının, ictimai təşkilatlarının nümayəndələri, ziyalılar, tanınmış idmançılar və Qarabağ müharibəsi veteranları iştirak ediblər.Xatırladaq ki, turnirdə Azərbaycandan 10, Rusiya və Gürcüstanın hər birindən bir komanda mübarizə aparıb. Seçmə mərhələnin yekununda Rusiya, Gürcüstan, “Judo Club 2012” idman klubu və “Neftçi” komandaları yarımfinala çıxıblar.Yarımfinal qarşılaşmalarından sonra Gürcüstan və “Judo Club 2012” komandaları finala vəsiqə qazanıblar.Maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə qalib gələn Gürcüstan komandası “Raquf Orucov Kuboku”nun ilk sahibi olub.xeber100.com