Futbol üzrə 2016-2017-ci il mövsümünün qalibi müəyyənləşib

25 Aprel 2017 12:18

Xəbər 949 dəfə oxunub

AFFA-nın təşkil etdiyi futbol üzrə “Bakcell U-17 Liqa”nın 2016-2017-ci il mövsümünün qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, Son – 26-cı tur çərçivəsində keçirilmiş AZAL – “Vətən” qarşılaşmasında 3:1 hesabı ilə qələbə qazanan “Vətən” Liqanın qalibi olub.Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və “Bakcell” şirkətinin nümayəndəsi Azər İsmayıl təqdim ediblər.xeber100.com