İdmançıların növbəti reytinq cədvəli açıqlanıb

26 Aprel 2017 13:34

Xəbər 768 dəfə oxunub

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, cari mövsümdə İspaniyada təşkil olunan Avropa kuboku və Mərakeşdə keçirilən açıq Afrika çempionatının qalibi olan R.Pevtsov 2958,29 xalla 16-cı pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Mario Molaya liderik edir. Böyük Britaniya təmsilçisi Conatan Braunli ikinci, digər ispaniyalı triatlonçu Fernando Alarza isə üçüncüdür.xeber100.com