Şahmatçılarla dostluq görüşü keçirilib

27 Aprel 2017 11:32

Xəbər 1063 dəfə oxunub

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” şahmat turnirinin qrossmeysterləri, dünyanın reytinq üzrə II şahmatçısı Uesli So, sabiq dünya çempionu, reytinq üzrə III şahmatçı Vladimir Kramnik, dünya kubokunun sahibi, rusiyalı qrossmeyster Sergey Karyakin və britaniyalı qrossmeyster Michael Adams Şəmkirdəki “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olublar.Azərtac xəbər verir ki, qonaqlar Gənclər Mərkəzi ilə tanış olduqdan sonra “Zəka” Şahmat Klubunun gənc şahmatçıları ilə dostluq görüşü keçiriblər.xeber100.com