Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib

28 Aprel 2017 12:24

Xəbər 918 dəfə oxunub

Futbol üzrə Azərbaycan birinci divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.Azərtac xəbər verir ki, birinci divizion çərçivəsində keçirilən “Turan Tovuz”–“Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib.Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.xeber100.com