Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının ( British Film Spring) açılışı olub.Azərtac xəbər verir ki, festival “British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə festivalın mayın 4-dək davam edəcəyini bildirib. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək.“British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıb. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.Bildirib ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub.Qeyd edək ki, təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…