Futbol üzrə Avropa Liqasına hazırlıq prosesləri başlayıb

3 May 2017 11:06

Xəbər 773 dəfə oxunub

Futbol üzrə Avropa Liqasına vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib.Azərtac kluba istinadla xəbər verir ki, baş məşqçi Ayxan Abbasov müqaviləsi başa çatan 3 futbolçu ilə yolları ayırmağı qərara alıb. Anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb.“Zirə” hər 3 futbolçuya göstərdikləri xidmətə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.xeber100.com