Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib

3 May 2017 11:10

Xəbər 753 dəfə oxunub

IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız növbəti dəfə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.Xatırladaq ki, voleybolçularımız bundan əvvəl Sloveniyada “Maribor” klubunu və Səudiyyə Ərəbistanı yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.xeber100.com