UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununda…

5 May 2017 11:39

Xəbər 762 dəfə oxunub

Mayın 5-də UEFA Avropa Liqasının yarımfinal mərhələsinin növbəti oyununda “Mançester Yunayted” komandası səfərdə “Selta Viqo”nu minimal hesabla məğlub edib.Azərtac xəbər verir ki, oyunun taleyini həll edən yeganə qol matçın 67-ci dəqiqəsində qeydə alınıb. Markus Raşford 25 metr məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirərək baxımlı qola imza atıb. Bu, oyunda yeganə qol olub.Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə 1:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab qarşılaşması üçün böyük üstünlük əldə edib.Yarımfinal mərhələsinin mayın 3-də keçirilən digər qarşılaşmasında Hollandiya təmsilçisi “Ayaks” doğma meydanda Fransanın “Olimpik Lion” komandasını 4:1 hesabı ilə məğlub edib.Bu mərhələnin cavab görüşləri bir həftə sonra oynanılacaq.UEFA Avropa Liqasının final qarşılaşması isə mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.xeber100.com