2016/2017-ci il mövsümü üçün transfer çalışmaları davam edir

5 May 2017 12:10

Xəbər 763 dəfə oxunub

Üç futbolçu ilə yeni müqavilə imzalayan “Sumqayıt” klubu 2016/2017-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.Azərtac kluba istinadla xəbər verir ki, komanda son olaraq “Kəpəz”də çıxış edən Tural Axundovu heyətinə qatıb.İyirmi səkkiz yaşlı futbolçu “Sumqayıt” ilə 1 illik müqavilə imzalayıb.Qeyd edək ki, Tural Axundov “Kəpəz”dən (62 oyun, 11 qol) başqa, “Muğan” (39 oyun, 3 qol), “Rəvan” (54 oyun) və “Simurq”un (63 oyun) formasını geyinib.xeber100.com