Güləş üzrə Avropa çempionatı davam edir

6 May 2017 20:55

Xəbər 808 dəfə oxunub

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın beşinci günündə 59, 66, 98 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Bu çəkilərdə ölkəmizin idman şərəfini Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) qoruyurlar.Xatırladaq ki, Azərbaycanın sərbəst və qadın güləşçiləri ilk 4 yarış günündə 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.xeber100.com