Mayın 29-dan iyunun 10-dək Minskdə keçiriləcək şahmat üzrə Avropa çempionatına ərizə vermək müddəti mayın 15-dək uzadılıb.Azərtac xəbər verir ki, turnir növbəti Dünya Kuboku üçün seçim yarışı xarakterindədir. FIDE-nin əsasnaməsinə və Avropa Şahmat İttifaqının idarə heyətinin qərarına əsasən Dünya Kubokuna 22 şahmatçı seçiləcək.Hazırda 37 ölkə, o cümlədən Azərbaycan öz iştirakını təsdiqləyib. Azərbaycanı qrossmeysterlər Arkadi Naydiç, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abbasov, beynəlxalq ustalar Ülvi Sadıxov, Orxan Abdulov, Nərmin Xələfova, habelə FIDE ustası Kənan Qarayev təmsil edəcək.Çempionat İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Vaxta nəzarət: 40 gediş üçün 90 dəqiqə və partiyanın sonuna qədər hər gediş üçün 30 saniyə əlavə olunmaqla 30 dəqiqə.Mükafat fondu 100000 avrodur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…